Tərtərdə 2 qardaş evdən oğurluq etdi

Tərtər Rayon Polis Şöbəsinə şəhər ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.

Sabahinfo.az-ın məlumatına görə, keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, rayon sakinləri - əvvəllər məhkum olunan Şirxan Misirov və qardaşı Ələsgər saxlanılıblar.

Belə ki, onların məişət əşyaları oğurlamaqla zərərçəkənə maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.