Teymur Bəy Bayraməlibəyovun büstünün açılışı oldu

Bu gün 5 həmkarımla birgə Masallı rayonu II Yeddioymaq kəndində görkəmli ziyalımız Teymur Bəy Bayraməlibəyovun anadan olmasının 160 illiyi münasibəti ilə bir vaxtlar yaradıcısı olduğu T.Bayraməlibəyov adına 2 saylı orta məktəbin qarşısında ucaldılan büstünün açılışında iştirak etdik. Açılış Mərasimindən əvvəl Masallı şəhərində Ulu öndər Heydər Əliyevin heykəlini ziyarət edib gül dəstələri düzdük. Sonra Masallı Şəhidlərinin xatirəsinə salınmış Şəhidlər Xiyabanını ziyarət etdik, Zəfər Qələbəmizin simvolu olan Dəmir Yumruq abidəsinin qarşısında xatirə şəkilləri çəkdirdik. Açılış mərasimində Masallı RİH başçısı Araz Əhmədov, rayonun səlahiyyərli şəxsləri, ziyalılar, kənd sakinləri iştirak etdi. Fəxrlə qeyd edim ki, mən də həmin məktəbin məzunuyam. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, həmkarlarım və rayon ictimaiyyətinin nümayəndələri ilə birgə Masallı Regional Mədəniyyət Mərkəzində Teymur Bəy Bayraməlibəyovun həyat və fəaliyyətini əks etdirən sənədli filmin təqdimatında iştirak etdik. Görkəmli ziyalımızın ruhu şad olsun!

Məşhur Məmmədov 
Milli Məclisin deputatı