Tibb müəssisələrində çalışan mütəxəssislərin bilik və bacarıqları……

Səhiyyəmizdə həyata keçirilən islahatlar, tibb müəssisələrimizin maddi-texniki bazalarının gücləndirilməsi, xidmətlər zərfinin genişləndirilməsi sevindirici haldır. Tibb müəssisələrində çalışan mütəxəssislərin bilik və bacarıqları, professionallığı bizi maraqlandıran əsas məsələlərdən biridir.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, millət vəkilləri artıq neçə ildir ki, peşə bilik və bacarıqlarının qiymətləndirilməsinə dair sertifikasiya məsələsi ilə bağlı müzakirələrdə iştirak edirlər.

“Çünki bir çox suallar meydana çıxır ki, bu proses nə qədər beynəlxalq standartlara uyğundur, nə qədər beynəlxalq təcrübəyə əsaslanır və s. sevindirici haldır ki, sertifikasiya imtahanı tibb personalı arasında ən çox müzakirə olunan məsələlərdən biridir. Tətbiq olunacaq davamlı peşəkar inkişaf (DPİ) qiymətləndirilməsi mexanizmi həm beynəlxalq standartlara uyğundur, həm də bütün işçiləri, xüsusən də peşə bacarıqlarını inkişaf etdirmək istəyən mütəxəssislər tərəfindən müsbət qarşılanacaq. Burada əsas məsələ tələb olunan 50 balın toplanması üçün pedaqoji və təhsil tədbirlərininin düzgün seçilməsi, stimullaşdırıcı addımların atılmasıdır. Dəyişikliklərin tətbiqi davamlı olaraq beynəlxalq tədbirlərdə, təlimlərdə iştirak edən həkimlər müəyyən suallarına yaxşı cavab olacaq”, – deyə Soltan Məmmədov fikrini tamamlayıb.