2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda tibbi maska istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.
Sabahinfo.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 2 milyon 450.79 min ədəd maska istehsal edilib.
2024-cü ilin yanvar-sentyabr aylarında tibbi maska istehsalı 1 milyon 741.20 min ədəd olub.
Beləliklə, 2025-ci ilin ilk doqquz ayında tibbi maska istehsalı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 709.59 min ədəd və ya təxminən 40.8 faiz artıb.