Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iştirakçıları tərəfdaş dövlət kimi Azərbaycanın töhfəsini yüksək qiymətləndirirlər.
Sabahinfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində "ŞƏT plus" iclasında çıxışı zamanı deyib.
“Biz Azərbaycanın təşkilat ilə əlaqələri gücləndirmək səylərinə böyük əhəmiyyət veririk”, - o bildirib.