Əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın əldə etdiyi məlumata görə, onun səhhəti pisləşib.
“Toppuş bacı” ləqəbli aktrisa xəbəri təsdiqləyib. O, hazırda həkim nəzarətində olduğunu deyib:
“Yaxşı olacağıma inanıram”.
Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır. Bir neçə gün əvvəl onun beynində şiş aşkarlanıb.