Tramp yenə Rusiyanı hədələdi

Alyaska sammiti nəticə verməsə, ABŞ Rusiya ilə bağlı mövqeyini dəyişəcək.

Sabahinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi brifinqdə deyib.

"Mən əslində bir neçə həftə əvvəl prezident Putinlə çox yaxşı görüşüm oldu. Bunun nəyəsə gətirib çıxaracağını görəcəyik. Əks halda, fərqli mövqe tutacağıq", - Tramp deyib.

O, hansı dəyişikliklərin baş verə biləcəyini dəqiqləşdirməyib.