Türkiyənin Baş naziri Binəli Yıldırım türk ordusunun İdlibə girməsi barədə danışıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
"İdlibə güvəni verəcəyik. Rusiya ilə birlikdə çalışırıq”, - Yıldırım deyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın İdlib şəhərindəki əməliyyatlara qatılmağa hazır olduğunu bildirmişdi./axar.az/