2021-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 400,222 milyon dollara bərabər olub.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,4 faizini təşkil edib.
Fevral ayında Türkiyə 233,225 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin fevralı ilə müqayisədə 34,1 faiz çoxdur.
Son 12 ay ərzində (fevral 2020 – fevral 2021) Türkiyə 2,338 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.