Türkiyənin xarici işlər naziri Hakan Fidan isveçli həmkarı Tobias Billström ilə İsveçin NATO-ya daxil olması perspektivlərini müzakirə edib və Ankaranın Stokholmdan konkret addımlar gözlədiyini bildirib.
Bu barədə çərşənbə günü Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, nazirlər İsveçin NATO-ya müraciətinin təsdiqi üçün Türkiyənin şərtlərinin yerinə yetirilməsinə nəzarət üzrə birgə mexanizmin iclasından sonra təmasları davam etdirmək barədə razılığa gəliblər. Bu mexanizmin iclası iyunun 12-nə planlaşdırılıb.