Türkiyə ordusu 3 terrorçunu MƏHV ETDİ

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında PKK-nın terrorçusunu zərərsizləşdirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, İraqın şimalında “Pençe şimşək” əməliyyatı zonasında PKK-nın 3 terrorçusu zərərsizləşdirilib. PKK-nın Suriya qanadı YPG-nin daha bir silahlısı bu ölkənin şimalında “Barış pınarı” əməliyyat zonasında məhv edilib.