Türkiyə Silahlı Qüvvələri İraqda keçirilən "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində ümumulikdə 30 terrorçu zərəsizləşdirib.
Sabahinfo.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
O bildirib ki, bu gün səhər saatlarında 2 PKK terrorçusu məhv edilib.
Nazirin sözlərinə görə, bu müddət ərzində Türkiyənin iki hərbçisi həlak olub.
Xatırladaq ki, Türkiyə ordusu iki gün əvvəl İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pəncə Kilid" əməliyyatına başlayıb.