"Türkiyə öz tanklarını və gəmilərini istehsal edəcək" - Hulusi Akar

"Yaxın gələcəkdə Türkiyə öz tanklarını və gəmilərini istehsal edəcək"

Sabahinfo.az xəbər verir ki,  bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yerli KİV-ə  açıqlamasında deyib.  

"Türkiyə müdafiə sənayesinin məhsulları həm öz ehtiyaclarımızı, həm də qonşularımızın ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Yaxın gələcəkdə öz tanklarımızı, gəmilərimizi istehsal edəcəyik", - deyə o bildirib.