Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra türk sosial şəbəkə istifadəçiləri bu faktın aktiv müzakirəsinə başlayıblar.
Sabahinfo.az BBC-yə istinadən xəbər verir ki, türk sosial şəbəkə istifadəçilərinin məsələ ilə bağlı mövqeyi qütbləşib: hazırkı hökumətin düşmənləri rəhbərliyi sadəlövhlük və ehtiyatsızlıqda ittiham edir, hökumət tərəfdarları sərt addımları dəstəkləyərək, rəqiblərinə xain damğası vurur.
"Necə axmaq bir hərəkət: indi dünyanın ikinci nüvə dövləti bizə qarşıdır, hansından ki, bütün elektrik və qazımızı alırıq”, - deyə, Tvitter istifadəçilərindən biri yazır.
"Bircə bu çatışmırdı – Rusiyanı özümüzə qarşı çevirmək”, - deyə, digəri onunla razılaşır.
"Biz göstərdik ki, "beşlikdən” zəif deyilik”, - yazan vətənpərvər ruhlu sosial şəbəkə istifadəçisi BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutur.
"Rusiya müharibəyə başlasa, NATO bizim tərəfimizdə çıxış edəcək”, - digər türk Tvitterdə güman edir.
"Mən eşitdim ki, burda Rusiya ilə müharibə başlayıb. Mən qaçası oldum”, - deyə, digər bir istifadəçi bəyan edir.
"Rusiya təyyarənin Suriya ərazisində vurulduğunu bəyan edir, bu isə daha ciddi vəziyyət yaradır”, - digər bir bloqer yazır.
Enerji şirkətində işləyən digər türkiyəli isə yazır: "Ümid edirəm Lavrov səfərini ləğv etməyəcək”.
Digərlərıi isə qeyd edirlər ki, rusiyalı xarici işlər nazirinin 25 noyabra planlaşdırılan səfəri artıq ləğv edilib.