Türkiyə, Azərbaycan və KKTC-də 213 televiziya kanalı və 562 radio ilə canlı yayımlanan zəlzələ qurbanlarının yaralarını sarmaq üçün təşkil edilən “Türkiyə - tək ürək” proqramında toplanan ianələrlə dünya rekordu qeydə alınıb.
Sabahinfo.az xəbər verir ki, türk xalqı, sənət, iş və idman dünyasının qabaqda gələn adları ilə birlikdə zəlzələ qurbanları üçün ianə toplayan proqramda 15 milyard 146 milyon 528 min TL yardım qeydə alınıb.
Dünyada ən böyük canlı yardım kampaniyası 13 iyul 1985-ci ildə keçirilib. ABŞ və İngiltərədə eyni vaxtda keçirilən tədbirdə iki müğənni Bob Geldof və Midge Ure səhnəyə çıxıb. Efiopiyada aclıqdan xilas olmaq üçün vəsait toplamaq məqsədilə təşkil edilən tədbirə Londonda 72 min, ABŞ-da isə 100 min adam qatılıb, eyni gündə bir çox ölkədə konsertlər təşkil olunub.