Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfəri çərçivəsində Ankarada 1 milyard dollarlıq sazişlər paketi imzalanıb.
O, bu barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Tokayev Türkiyəni çox mühüm strateji tərəfdaş adlandırıb və Ərdoğanı Qazaxıstana səfərə dəvət edib.
Sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları bir müddət stolüstü tennis oynayıblar.
Qeyd edək ki, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində 15 saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.