Xəbər verdiyimiz kimi, Prezident Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayıb.
Sabahinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir kii, nazirlər bu gün təhvil-təslim işini başa vuracaqlar. Sabah isə Nazirlər Kabinetinin ilk iclası keçiriləcək.
Prezident Ərdoğan sabah yeni nazirlərlə görüşəcək. Nazirlər Kabinetinin ilk iclasında yeni dövrün yeni yol xəritəsinin, xüsusilə iqtisadiyyat və terrorizmlə mübarizənin müzakirə ediləcəyi gözlənilir.
Bakıvaxtı.az yeni kabinetin tərkibini bir daha xatırladır:
Vitse-prezident - Cevdet Yılmaz
Ədliyyə naziri - Yılmaz Tunç
Ailə və sosial xidmətlər naziri - Mahinur Özdemir Göktaş
Əmək və sosial müdafiə naziri: - Vedat Işıkhan
Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri - Mehmet Özhaseki
Xarici işlər naziri - Hakan Fidan
Enerji və təbii sərvətlər naziri - Alparslan Bayraktar
Gənclər və idman naziri - Osman Aşkın Bak
Xəzinə və maliyyə naziri - Mehmet Şimşək
Daxili işlər naziri - Əli Yerlikaya
Mədəniyyət və turizm naziri - Mehmet Nuri Ersoy
Milli təhsil naziri - Yusuf Tekin
Milli müdafiə naziri - Yaşar Gülər
Səhiyyə naziri -Fahrettin Koca
Sənaye və texnologiya naziri - Mehmet Fatih Kaçır
Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri - İbrahim Yumaklı
Ticarət naziri - Ömer Bolat
Nəqliyyat və infrastruktur naziri - Abdulkadir Uraloğlu.