Türkiyədə FETÖ əməliyyatı: 294 hərbçinin həbsinə qərar verildi

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Sabahinfo.az xəbər verir ki, ölkənin 42 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 294 üzvünün böyük əksəriyyəti saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.