Türkiyədə gün ərzində ikinci güclü zəlzələ oldu - YENİLƏNİB + FOTO

Türkiyənin Malatya bölgəsində 5,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Yeşilyurt rayonunda yerli vaxtla 12:04-də qeydə alınan təkanların dərinliyi 6.97 km olub.

08:40

Türkiyədə Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.

Yeraltı təkanlar yerli vaxtla saat 05:51-də, yerin 8,51 kilometr dərinliyində olub.

İlkin məlumatlara görə, ciddi dağıntılar qeydə alınmayıb. Xilasetmə qrupları ərazidə araşdırmalarını davam etdirirlər.