Əskişəhər Şəhər Xəstəxanasında müalicə olunan ukraynalı Viktor Parxomenko kəlimeyi-şəhadət gətirərək müsəlman olub.
Dörd ildir ki, Türkiyədə yaşayan və xərçəng xəstəliyindən müalicə alan 62 yaşlı Parxomenko qızı Viktoriya Özkana müsəlman olmaq istədiyini deyib.
Xəstənin yaxınları bu xahişi əyalət müftiliyinə çatdırıblar.
Müfti Bəkir Gərəyin rəhbərliyi ilə Qədr gecəsində keçirilən dini mərasimdə Parxomenko şahidlərin iştirakı ilə İslamı qəbul edib. Onun yeni adı isə müqəddəs gecənin şərəfinə Qədir olub.
Müfti ukraynalıya Qurani-Kərim və dini şəhadətnamə təqdim edib.
Qeyd edək ki, Paxomenkonun qızı Viktoriya Özkan da 10 il əvvəl müsəlman olub.