Türkiyənin Konya şəhərində kosmetik məhsullar istehsal edən fabrikdə baş verən güclü yanğın və partlayışın baş vermə anları görüntülənib.
Belə ki, bir nəfərin qəsdən yanğın törətməsi və bundan sonra partlayışın baş verməsi anbaan təhlükəsizlik kamerasına əks olunub.
Partlayış nəticəsində fabrikin bəzi hissələri yan tərəfdə yerləşən fabrikin həyətinə düşüb.