Türkiyənin Dənizli bölgəsində dolu və leysan çayın daşmasına səbəb olub.
Qaraçayın öz mənsəbindən çıxması nəticəsində evlər və əkin sahələri suyun altında qalıb.
Sel həmçinin heyvan təsərrüfatlarına da ziyan vurub, mal-qaranı tələf edib.
Meteoroloqların proqnozlarına görə, bölgədəki əlverişsiz hava şəraiti hələ beş gün davam edəcək.