Türkiyənin Kahramanmaraş bölgəsində baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı yeni görüntülər yayılıb.
Sabahinfo.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik kamerası zəlzələ anını saniyə-saniyə qeyd edib. Belə ki, görüntüdə maşınların və yolun zəlzələnin təsiri ilə silkələnməsi müşahidə edilir.
Hətta həmin anları lentə alan kamera da bir müddət sonra zəlzələyə tab gətirə bilməyib sıradan çıxıb.