“Kahtalı Miçe” kimi tanınan usta sənətkar Mustafa Aslan Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlərdə 25 yaxınını itirib.
Sabahinfo.az xəbər verir ki, bu barədə "2-ci Səhifə" proqramı instaqram hesabında məlumat paylaşıb.
Bildirilir ki, 70 yaşlı Mustafa Aslanın məmləkəti Adıyamanda yaşayan qohumları zəlzələnin qurbanı olub. Usta yaşadığı itkilərlə bağlı hələlik açıqlama verməyib.