Türkiyənin Aydın vilayətinin Atça Məhəlləsində çiyələk yığan işçilərin gördüyü nəhəng ilan təşvişə salıb.
Verilən məlumata görə, səhər saatlarında tarlaya gedən işçilər günorta saatlarında son dəfə çiyələk kollarını yoxladığı zaman çiyələklərin arasında təxminən 2 metr yarım uzunluğunda ilanı görüblər. Qorxu dolu anlar yaşadan ilan tez zamanda zərərsizləşdirilib.
Çiyələk tarlasının sahibi Gülser Ertan deyib ki, daha əvvəllər də tarlada ilanlarla rastlaşsa da, bu böyüklükdə ilan ilk dəfədir görür.