“Türkiyə dövləti Azərbaycan-Ermənistan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişələri kimi məsələlərdə sürətli və qəti qərarlar qəbul etməyə borcludur”.
Bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Fuat Oktay Türkiyədəki mövcud siyasi sistemlə bağlı məsələyə də toxunub.
O qeyd edib ki, mövcud prezident üsul-idarəsi sistemi ən effektivdir.
F.Oktay əlavə edib ki, hazırkı sistemdə yekun qərarı dövlət başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.