Uçan maşının sınağı həyata keçirildi- TÜRKİYƏDƏ

Türkiyənin yerli texnologiya şirkəti “Softtech”in həm sərmayəçisi, həm də inkişaf etdiricisi olduğu uçan avtomobil ilk prototipi ilə sınaq uçuşunu tamamladı. Tək sərnişinlə 80, iki adamla isə 50 kilometr məsafə qət edəcək 100 faiz elektrikli nəqliyyat vasitəsinin 2025-ci ildən İstanbul səmalarında uçması planlaşdırılır.