Ukrayna arsenalına 20 qırıcı təyyarə əlavə etdi

Ukrayna Hərbi Hava Qüvvələri arsenalına 20 əlavə qırıcı təyyarə daxil edib.

Sabahinfo.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbər rəsmisi bildirib.

O, bunun Ukraynaya ehtiyat hissələri axını nəticəsində mümkün olduğunu qeyd edib.

Mənbə ehtiyat hissələrinin hansı ölkə tərəfindən tədarük edildiyini açıqlamayıb, lakin vurğulayıb ki, ABŞ və digər ölkələr Ukraynanın "havada qala bilməsi üçün" ehtiyac duyduğu ehtiyat hissələri əldə edə bilməsi üçün işləyib.

Qeyd olunub ki, ehtiyat hissələrin təmin edilməsi Ukraynaya hərbi aviasiya vasitələrinin sayını genişləndirməyə imkan verib. "Onların indi üç həftə öncəkindən daha çox aviasiya vasitələri var", - deyə rəsmi bildirib.