Ukrayna Danimarka və Hollandiya tərəfindən təhvil veriləcək F-16 döyüş təyyarələrindən yalnız öz ərazisində istifadə edə biləcək.
Sabahinfo.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Yakob Ellemann-Yensen deyib.
“Biz silahları düşməni Ukrayna ərazisindən sıxışdırmaq üçün istifadə etmək şərti ilə təhvil veririk. Və bundan başqa heç nə", - o deyib.