Ukrayna MN: "Rusiyada 200-ə yaxın İran PUA-sı qalıb"

Rusiya qoşunlarında sonuncu partiyadan 200-ə yaxın İran istehsalı olan pilotsuz uçan aparat (PUA) qalıb.

Sabahinfo.az xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk “Azadlıq” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya İrandan 250-yə yaxın dron alıb və Rusiya hərbçiləri onlara qənaət etmirlər:

“Biz 200-ə yaxın PUA-nın qaldığını təxmin edirik”.

N. Qumenyuk əlavə edib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin İranın bu pilotsuz aparatlarını uğurla vurduqlarını başa düşürlər.