Ukrayna ordusu Kadırovun döyüşçülərini məhv etdi

Suriyanın dinc əhalisinə qarşı qırğınlar törətdiyi deyilən çeçen döyüşçülərinin bölməsi Ukrayna hərbçiləri tərəfindən Donetsk vilayətində məhv edib.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, cənub hərbi dairəsinin (58-ci ordusunun 42-ci motoatıcı diviziyasının 70-ci motoatıcı alayının) 1-ci tabor taktiki qrupunun əsgərləri məhv edilib.