Ukrayna raket və PUA istehsalını artıracaq - Zelenski

Yaxın vaxtlarda Ukraynada raket və PUA-ların istehsalı əhəmiyyətli dərəcədə artırılacaq.

Sabahinfo.az xəbər verir ki, bunu adı çəkilən ölkənin Prezidenti Vladimir Zelenski öz “teleqram” səhifəsində yazıb.

O bildirib ki, bu məqsədlə əlavə ayrılması barədə qərar verilib.

Ukrayna lideri həmçinin, bir qədər əvvəl güc strukturlarının rəhbərləri ilə görüşdə cəbhə xəttindəki vəziyyətin müzakirə olunduğunu yazıb.

O həmçinin, ordunun Baş Qərargah rəisi Aleksandr Sırskinin döyüşləri bilavasitə hərbi əməliyyat rayonundakı məntəqədən idarə etdiyini sözlərinə əlavə edib

V. Zelenski vurğulayıb ki, müdafiə naziri Rustem Umerovun məruzəsinə əsasən, əlavə briqadaların təchizatı ilə bağlı məsələlər tərəfdaşlarla müzakirə olunur.