Ukrayna və Rusiya müharibəyə son qoymaq üçün birgə bəyannamə hazırlayır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ukrayna və Rusiya birgə bəyannamə üzərində işləyirlər.

Sənəd Ukraynadakı vəziyyəti nizamlamaq üçün hazırlanır.

Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

“Bu prosesdə birgə bəyannamə layihəsi var. Əsas vurğu qərəzsizlik, təhlükəsizlik və təminat məsələlərinə edilib”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, mətn üzərində işləməklə yanaşı, pərdəarxası diplomatiya da davam edir.

Eyni zamanda, Çavuşoğlu qeyd edib ki, yekun qərarı qəbul etmək prezidentlər Volodimir Zelenski və Vladimir Putinin üzərinə düşür.