Ukraynada davam edən müharibədə Rusiya ordusunun tərkibində vuruşan çeçenlərdən ibarət dəstə üzvləri artıq bir-birilərinə zərbə endirməyə başlayıblar.
Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşşenko sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, A.Geraşşenkonun paylaşdığı videoda çeçenlərdən ibarət dəstəyə məhz onların döyüş yoldaşının idarə etdiyi tank tərəfindən atəş açıldığı bildirilir.