"Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Zaporoje vilayətlərində mülki infrastruktura raket zərbələri endirir".
Sabahinfo.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumata görə, Rusiya aprelin 26-dək Ukrayna ilə ilhaq etdiyi Krım ərazisi arasındakı sərhəddə “terror təhlükəsi” rejimi tətbiq edib: “Bu tədbir daha çox Ukrayna ərazisində hərbi texnika, silah və şəxsi heyətin yerdəyişməsinin təşkil edilməsi üçün görülür”.
Bildirilib ki, Rusiyada könüllülərdən ibarət dəstələr yaradırlır: “Leninqrad vilayətində 400-ə yaxın könüllüdən ibarət tabor yaradıldığına dair məlumat əldə etmişik. Onlar istisnasız olaraq döyüş təcürübəsinə malikdirlər. Həmin könüllülər Ukraynada 58-ci ümumqoşun ordusunun 42-ci motoatısı diviziyasının gücləndirilməsi üçün göndərilib”.
Məlumata əsasən, Rusiya qoşunları Donetsk və Tavriya istiqamətindən Mariupola aviasiya zərbələri endirir: “Yujnobuz istiqamətində düşmən müxtəlif yaşayış məntəqələrini ələ keçirməyə çalışsa da, buna nail ola bilməyib.
Ötən sutka ərzində Ukraynaın müdafiəçiləri Donetsk və Luqansk ərazisində Rusiyanın 6 hücumunu dəf edib, 2 avtomobilini və 3 artilleriya sistemini sıradan çıxarıb. Ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rəqibin “Su-25” qırıcısını vurub. Müharibə başlayandan Ukrayna artilleriyaçıları rəqibin 300-cü hava hədəfini məhv edib. Son sutkada Rusiya 11 hərbi texnika, o cümlədən 3 pilotsuz uçan aparat (PUA), 2 özüyeriyən artilleriya qurğusu, “Qrad” və başqa texnika itirib”.