Rusiya musiqisi oktyabrın 7-dən Ukraynada qadağan olunur.
Sabahinfo.az xəbər verir ki, bu barədə “aqressor dövlətin (red-Rusiya) musiqi məhsullarının ictimai istifadəsinin məhdudlaşdırılması və milli musiqi məhsullarına dəstək haqda sənədə dəyişikliklərin edilməsi barədə” qanunda deyilir.
Qadağa ilk növbədə televiziya, radio və ictimai yerlərdə 1991-ci ildən sonra Rusiya vətəndaşı olmuş və olan ifaçıların rusca mahnılarının səsləndirilməsi qadağan olunur.
İctimai nəqliyyatda və taksidə də rus musiqisini dinləmək qadağan olunub.