Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə Ukraynadakı münaqişəyə müdaxilə etmədən onu dayandırmaq istəyir.
Sabahinfo.az xəbər verir ki, o, bu barədə TF1 və France 2 telekanallarına müsahibəsində bildirib.
“Biz Ukraynada müharibənin uzun müddət davam edəcəyinə hazır olmalıyıq. Yay və payızın əvvəli çətin olacaq. Biz müharibəyə qarışmadan onu dayandırmaq istəyirik. Biz yeni dünya müharibəsi istəmirik”, - deyə Fransa lideri bildirib.
Makron həmçinin qeyd edib ki, Fransa Ukraynaya kömək etməyə davam edəcək və Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.