Ukraynalı ektrasens Putinin ölüm tarixini AÇIQLADI

Ukraynalı ektrasens Aleksandr Kantonistov 2022-ci ilin Rusiya üçün ölümcül olacağını bildirib.

Sabahinfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə  yerli KİV-lərdən birinə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu il Rusiyada “iqlim” sərtləşəcək. Həmçinin Rusiyanın Ukraynaya hücumu onu iqtisadi-siyasi cəhətdən sarsıdacaq.  

Kantonistov müharibədə Rusiya üçün aprelin ortalarının dönüş nöqtəsi olacağını bildirib.  Bu zaman Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması mümkündür.  O,  hətta  yayın sonuna qədər Putinin öləcəyini vurğulayıb. 

"Putinin həyatında ən kritik dövr iyunun əvvəlində başlayır - diktatoru zəhərləmək və ona fiziki sui-qəsd cəhdləri... Çox güman ki, Putin təqib maniyasını şiddətləndirəcək, psixi pozğunluqlar onun Rusiya rəhbərliyi ilə bağlı qərarlarına təsir edəcək. Repressiyalar güclənə bilər -  o Rusiyada satqın hesab olunacaq", - deyə ekstrasens bildirib.

"Putinin ömrünün pik dövrü 2022-ci ilin avqust-sentyabr aylarına qədər müşahidə olunur. Bu müddət ərzində onun ölüm ehtimalı çox yüksəkdir. Çox güman ki, bu, onun kabinetində baş verəcək", - Kantonistov  əlavə edib.