Ukrayna Silahlı Qüvvələrinin Xersondan cəmi 10 kilometr aralıdadır.
Bu barədə Xerson istiqamətində döyüşən Ukrayna hərbçilərinin videomüraciətində deyilir.
“Mən Xerson sakinlərinə müraciət etmək istəyirəm - biz artıq yaxındayıq, Xersondan 10 kilometr aralıdayıq, ona görə də bizi gözləyin, dostlar, biz mütləq orada olacağıq”, - deyə hərbçi vurğulayıb.
Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin verdiyi məlumata görə, ukraynalı müdafiəçilər düşmənin cənub istiqamətindəki qruplaşmalarını artilleriyadan uğurla atəşə tuturlar.
“Xerson istiqamətində onlar (işğalçılar - UNİAN) artilleriyamız tərəfindən yaxşı “sındırıldı”, Zaporojye istiqamətində isə gəldilər, gəldilər, gəldilər, lakin gəlib çata bilmədilər, çünki “döyüldülər””, - deyə Arestoviç bildirib.
İyunun 11-də məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Kiselevka, Soldatskoye və Aleksandrovka istiqamətlərində əks-hücum əməliyyatı keçirir.
Xatırladaq ki, Xerson vilayəti müharibənin ilk günlərindən Rusiya ordusu tərəfindən işğal edilib.