Ukraynalı jurnalist gözyaşları içində Consona: “Kiyevə gəlmirsiniz, çünki qorxursunuz!” - VİDEO

Polşada səfərdə olan Boris Consonun keçirdiyi mətbuat konfransında dünyada gündəmə çevrilən hadisə yaşanıb.

Belə ki, ukraynalı jurnalist Darya Kalenyuk Baş nazir Boris Consona sərt müraciət ünvanlayıb.

O, britaniyalı naziri Rusiyanı dayandırmaq üçün daha çox şey etməməkdə ittiham edib.

D.Kalenyuk bildirib ki, Ukrayna səmaları uçuş üçün qapalı zona elan edilməlidir.

Bundan sonra jurnalist əlavə edib ki, Ukraynada uşaqlar, qadınlar səmadan üzərilərinə düşən raketlərə, bombalara görə qorxu içindədir.

“Siz Polşaya gəlirsiniz, ancaq Kiyevə getmirsiniz, çünki qorxursunuz! Çünki NATO müdafiə olunmaq istəmir, çünki NATO üçüncü dünya müharibəsindən qorxur, o isə artıq başlayıb”, - deyə o, göz yaşları içində söyləyib.

B.Conson isə Ukrayna səmasının uçuşlar üçün qapalı zona elan edilməsinin NATO qüvvələrini Rusiya təyyarələrini vurmağa məcbur edəcəyini bildirib.

“Bunun fəsadlarını idarə etmək olduqca çətin olardı”, - deyə B.Conson vurğulayıb.(oxu.az)