Serbiya Prezident Aleksandar Vuçiç Balkan ölkələrinin liderlərinin dünən Yunanıstanın paytaxtı Afinada baş nazir Kiryakos Mitsotakisin dəvəti ilə bir araya gəldiyi şam yeməyindən sonra Ukrayna Prezident Volodimir Zelenski ilə görüşüb.
Sabahinfo.az xəbər verir ki, görüşdən sonra yerli mediaya açıqlama verən Serbiya lideri Vuçiç, "Zelenski ilə açıq danışdım. O, "Serbiyadakı insanların müharibə barəsində nə düşündüyünü" sualını verdi. Ona Serbiyanın Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini söylədim" deyə ifadə edib.