Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) Rusiya Federasiyasının Kurs vilayətinə yaxınlaşarkən vurulub.
Bu barədə vilayət qubernatoru Roman Starovoyt özünün “Telegram” kanalında məlumat verib.
“Dünən saat 23:00 (Bakı vaxtı ilə 00:00-da – red.) radələrində hava hücumundan müdafiə qüvvələri Kurska gedən iki Ukrayna PUA-sını vurublar”, - deyə o yazıb.
Hadisə ilə bağlı başqa təfərrüat verilmir.