Özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) Ukraynaya məxsus Soledar şəhəri Rusiya ordusu tərəfindən işğal edilib.
Sabahinfo.az xəbər verir ki, bu barədə "Vaqner" özəl hərbi şirkətinin (PMC) təsisçisi Yevgeni Priqojin açıqlayıb.
O, əraziyə tam nəzarət edilməsini təsdiqləyib: "Mən bir daha Soledar ərazisinin Ukrayna ordusunun bölmələrindən tam azad edildiyini və təmizlənməsini təsdiqləmək istəyirəm".