Ukraynanın Sumı vilayəti Rusiya qoşunlarından tamamilə azad edilib.
Bu barədə Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.
“Vilayətin ərazisi azad edilib, ona görə də partlayış səsləri eşitsəniz bu xilasedicilərin və texnikanın işidir. Rusiya hərbçilərindən qalan döyüş sursatlarını zərərsizləşdirirlər”, - deyə D.Jivitski bildirib.