Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Cəlilabad və Göytəpə şəhərlərindəki Heydər Əliyev Parkında, həmçinin Alar kənd 1 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində yerləşən abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra anım günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunub.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı sahəsində əvəzsiz xidmətlərini xüsusi vurğulayaraq bildirib ki, onun müdrik siyasəti və xalqına sonsuz məhəbbəti bütün dövrlərdə yüksək dəyər kimi qəbul edilir. Qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyası bu gün də ölkəmizin tərəqqisinin fundamental prinsipi olaraq qalır. Həmçinin Ümummilli Liderin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını və bu irsin gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaş üçün şərəfli vəzifə olduğunu diqqətə çatdırıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə təşkil olunmuş ehsan süfrəsində çıxış edərək bildirib ki, Ümummilli Liderin zəngin dövlətçilik irsi Azərbaycan xalqının milli inkişaf yolunun əsasını təşkil edir. Vurğulayıb ki, Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti ölkəmizin müstəqilliyini möhkəmləndirmiş, sosial-iqtisadi və siyasi tərəqqinin etibarlı təməlini formalaşdırıb.
Rafiq Cəlilov qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz daha güclü, daha modern və daha dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub.