Ülvi Quliyevdən seçicilərinə müraciət

Hörmətli seçicilər, əziz dostlar! Seçki qərargahımız bu gündən fəaliyyətə başlayıb. Təşviqat materiallarımız artıq hazırdır. Komanda üzvlərimizin iştirakı ilə onları bir daha müzakirə etdik. Təşviqat materiallarının Sizlərə tez bir zamanda çatdırılmasını təmin etmək üçün imkanlarımızı yenidən dəqiqləşdirdik. Bu işdə iştirak edən dostlarımıza səmimi qəlbdən təşəkkür edir və uğurlar arzulayıram. İnanıram ki, peşəkarlıq və təcrübə, seçici etimadına və dövlətə sədaqətli xidmət sentyabrın 1-də seçim edərkən hər biriniz, hər birimiz üçün həlledici olacaq!      

ÜLvi Quliyev

15  Saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizəd