Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Davos Forumunda iştirakının 30 illiyi ilə əlaqədar videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Davos Forumunda iştirakının 30 illiyi ilə əlaqədar videoçarx hazırlandı.     Videoçarxda qeyd olunur ki, Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Daha sonralar Dünya İqtisadi Forumu adlanan forumun hər il keçirilməsində məqsəd dövlət və hökümət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının iştirakı ilə beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.     1995-ci il 27-31 yanvar tarixlərində Ümummilli Lider Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olmuşdur. Videoçarxda Forumdan fotoşəkillər də verilmişdir.      Videoçarxı aşağıdakı keçidə daxil olaraq izləmək olar:     https://www.youtube.com/watch?v=s2hOlj3xZbo