Koronavirus pandemiyası bütün 2021-ci il boyunca davam edəcək.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.
O bildirib ki, pandemiyanın 2022-ci ilin əvvəlinədək bitməsini gözləmək olar:
"Hesab edirəm ki, 2021-ci il də koronavirus ili olacaq. Amma pandemiyaya nəzarət etmək daha asan olacaq. Gözləmək olar ki, pandemiya 2022-ci ilin əvvəlinədək başa çatacaq. Amma bu o, demək deyil ki, virus itəcək".