Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənib

"Yanğınların baş verdiyi ərazilərdə ekoloji mühitə, biomüxtəlifliyə, meşə fondu sahələrinə ciddi ziyan dəyir. Aparılmış monitorinqlər göstərir ki, ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə minlərlə hektar sahədə yanğınlar baş verib. Lakin mina təhlükəsinə görə yanğınların söndürülməsində canlı qüvvə və yerüstü texnikadan istifadə etmək böyük riskdir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir qeyd edib ki, bir sıra hallarda minalardan təmizlənmiş ərazilərdə yenidən təhlükə ilə üzləşirik:

"Bir faktı qeyd edim. Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənibvə orada tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb. Lakin sonradan sel suları ilə gələn partlamamış sursatlar yenidən təhlükə yaratmışdır. Bununla əlaqədar hazırda ANAMA tərəfindən həmin ərazilərdə yenidən müvafiq tədbirlər görülür".