Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Şəmkir RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı İsmayılov Bayram İlqar oğlu vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Qazax RPŞ-də eyni vəzifəyə təyin olunub
Bundan başqa, Şəmkir RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi polis mayoru Hüseynov Musa Yusif oğlu da vəzifəsindən azad edilərək Qazax RPŞ-də eyni vəzifəyə təyin olunub.